525.Az

Çin Sosial Elmlər Akademiyasının nümayəndələri Ədəbiyyat İnstitutunda


 

Çin Sosial Elmlər Akademiyasının nümayəndələri Ədəbiyyat İnstitutunda<b style="color:red"></b>

Son zamanlar Azərbaycan-Çin elmi əlaqələri sürətlə inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə Çinin Sosial Elmlər Akademiyası, eləcə də digər elm və təhsil qurumları qarşılıqlı razılaşmalar əldə olunub.

Qarşılıqlı əlaqələri gücləndirmək, gələcək layihələri müzakirə etmək məqsədilə Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Giriş sözündə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Çin  ədəbi əlaqələrindən, bu günə qədər görülən işlər barədə danışıb. Akademik çıxışında bildirib ki, İnstitutda Çin mərkəzi fəaliyyət göstərir, Çin dili tədris olunur və qarşılıqlı ədəbi əlaqələr istiqamətində elmi tədqiqatlar aparılır. Akademik İsa Həbibbəyli qarşılıqlı əlaqələrin hal-hazırdakı miqyası daha böyük layihələrin həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Daha sonra Çin Sosial Elmlər Akademiyasının Dünya dinləri İnstitutunun əməkdaşı Vey Daouri, Fəlsəfə İnstitutunun direktor müavini Cui Veyhan, Çin Sərhəd Tədqiqatları bölməsinin rəhbəri Van İkan, Çin Milli Mədəniyyəti Araşdırmaları mərkəzinin rəhbəri Li Xı, Çin Fəlsəfə İnstitutunun əməkdaşı Cu Çunmin, Pekin Telekomunikasiya Universitetinin professor əvəzi Cao Xayyin və Pekin Xarici Dillər Universitetinin dosenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin-Azərbaycan əlaqələri üzrə kordinatoru Aqşin Əliyev çıxış edərək gələcək birgə işlərlə bağlı təkliflərini bildiriblər.

Müzakirələrdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin yaradılması qərarlaşdırılıb. Daha sonra qonaqlar İnstitutun Çin Mərkəzinə baxıblar.

 





02.06.2018    çap et  çap et