525.Az

Bahar Muradova: “Uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq”


 

Bahar Muradova: “Uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq”<b style="color:red"></b>

“Uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi konvensiyada öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub”.

Bunu iyunun 1-də  Milli Məclisdə (MM) təşkil edilən “Mənim səsim - mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda  Dəyirmi masada  vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

O, bildirib ki, Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib:

“1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” qanun qəbul olunub. Bu qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir... Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu, həm Azərbaycan hökumətinin, həm parlamentinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq. Onlara nəinki hüquq verməli, həm də bu hüquqları yerinə yetirmək üçün şərait yaratmalı, uşaqları bu hüquqdan istifadəyə hazırlamalı, onların hüquqi təfəkkürünün formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki,  Prezident İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır.
 
Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına xüsusi dəstək verir: 

“Azərbaycan hökuməti uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir”.

Kamil HƏMZƏOĞLU

 





03.06.2018    çap et  çap et