525.Az

Zakir Həsənov Rusiyaya gedir


 

Zakir Həsənov Rusiyaya gedir<b style="color:red"></b>

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək. 

MN-dən APA-ya verilən məlumata görə, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər.

 





04.06.2018    çap et  çap et