525.Az

“Fənərbaxça”nın baş məşqçisi istefa verdi


 

“Fənərbaxça”nın baş məşqçisi istefa verdi<b style="color:red"></b>

“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, 53 yaşlı mütəxəssis bu gün qərarını kluba bildirib.
 
İstanbul təmsilçisinin yeni prezidenti Ali Koçun baş məşqçinin istefasını qəbul edib-etməyəcəyi bugünlərdə açıqlanacaq.

Qeyd edək ki, Kocaman ötən ilin yayından “Fənər”i çalışdırırdı. Komanda onun rəhbərliyi altında son mövsümü 2-ci pillədə tamamlayıb.

 





04.06.2018    çap et  çap et