525.Az

Putin cavab sanksiyalarına dair qanunu imzaladı


 

Putin cavab sanksiyalarına dair qanunu imzaladı <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin "ABŞ və digər dövlətlərin dost olmayan fəaliyyətinə qarşı əks tədbirlər haqqında" qanunu imzalayıb.   

APA-nın məlumatına görə, bu barədə Rusiyanın hüquqi informasiyalara dair rəsmi portalında məlumat verilib. 

Qanun ölkə başçısının qərarı ilə hökumətə dost olmayan ölkə və təşkilatlarla beynəlxalq əməkdaşlığı qadağan etmək, ABŞ-ın sanksiyalarına qarşı əks tədbirlər görmək hüququ verir. Lakin sanksiyalar analoqu Rusiyada və digər ölkələrdə olmayan həyati vacib mallara şamil edilmir. Göstərilir ki, cavab sanksiyalarını labüd edən hallar aradan götürüləcəyi təqdirdə, hökumət tədbirləri təxirə salmaq hüququna malikdir.

Qeyd edək ki, qanun Dövlət Duması tərəfindən mayın 22-də qəbul olunub.

 





04.06.2018    çap et  çap et