525.Az

DMX-da yeni yaradılmış dil laboratoriyasının açılışı oldu


 

DMX-da yeni yaradılmış dil laboratoriyasının açılışı oldu <b style="color:red"></b>

Bu gün Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında Xidmət əməkdaşlarının dil biliklərinin yüksəldilməsi məqsədilə dil laboratoriyasının açılışı olub.  

DMX-dan APA-ya verilən məlumata görə, açılış mərasimində Xidmətin rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, BP-nin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin yüksək səviyyəli  təmsilçiləri iştirak ediblər. 

DMX-nın rəisi Vüsal Hüseynov Xidmətdə dil laboratoriyasının yaradılmasının əhəmiyyətini, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyin artırılmasında rolunu qeyd edib. 

V. Hüseynov bildirib ki, ölkəmizdə miqrasiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlər yaradılır və inkişaf etdirilir. 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dil laboratoriyasının açılışını praqmatik bir tədbir adlandırıb. 

Digər çıxışçılar DMX ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Sonra dil laboratoriyasının rəmzi açılışını bildirən lent kəsilib. Mərasim iştirakçıları laboratoriyanın fəaliyyəti ilə tanış olublar. 

Dil laboratoriyası bir müəllim və 15 dinləyici üçün nəzərdə tutulan kompüter dəsti, proyektor və digər zəruri avadanlıqlarla təchiz olunub.

 





04.06.2018    çap et  çap et