525.Az

Tbilisidə qətlə yetirilmiş yeniyetmənin atası hökumətə vaxt verdi


 

Tbilisidə qətlə yetirilmiş yeniyetmənin atası hökumətə vaxt verdi<b style="color:red"></b>

Tbilisidə ötən ilin dekabrında qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze istintaqın obyektiv aparılması üzrə əhəmiyyətli addımların atılması üçün hökumətə iyunun 10-na qədər vaxt verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Z. Saralidze baş nazir Giorgi Kvirikaşvili ilə görüşdən sonra bildirib.

O deyib ki, həmin günə qədər etiraz aksiyası davam etdiriləcək: “Mənim mövqeyim ondan ibarətdir ki, sistem dağılmalıdır. Bu tələb əhəmiyyətli addımlar atılmayana qədər dəyişməz qalacaq”. 

G. Kvirikaşvili həmçinin, qətlə yetirilmiş digər yeniyetmənin atası Davit Dadunaşvili ilə də görüşüb.

 





04.06.2018    çap et  çap et