525.Az

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərlə icbari təlimə başlandı


 

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərlə icbari təlimə başlandı<b style="color:red"></b>

Ədliyyə Akademiyasında Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 82 nəfər vəkilliyə namizədlə bir 3 həftəyədək davam edəcək icbari təlimə başlanılıb. 

Kollegiyadan APA-ya verilən məlumata görə, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqları, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu mütəxəssislərin iştirakı ilə tədris olunacaq.

İyunun 4-də başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən görüşdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edib, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmunu barədə namizədlərə məlumat vermiş və onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışmış, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırkı icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Anar Bağırovun vəkillik etikası mövzusunda mühazirəsi dinlənilib, vəkillik etikası ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.

 





04.06.2018    çap et  çap et