525.Az

Çavuşoğlu: "ABŞ Türkiyəyə ilk F-35 təyyarəsini iyunun 21-də verəcək"


 

Çavuşoğlu: "ABŞ Türkiyəyə ilk F-35 təyyarəsini iyunun 21-də verəcək"<b style="color:red"></b>

Rəsmi Ankara və Vaşinqton arasında F-35 bombardmançı təyyarələrin tədarükünə dair saziş qüvvədədir. İlk təyyarə iyunun 21-də Türkiyəyə veriləcək. 

APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqların yekununda bəyan edib. 

“Biz ABŞ tərəfinin nəzərinə çatdırdıq ki, Konqresin istifadə etdiyi təhdid dilini qəbul etmirik. Bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi, əvvəl planlaşdırıldığı kimi, iyunun 21-də bizə veriləcək. Bu mövzuya dair heç bir dəyişiklik yoxdur”, deyə M.Çavuşoğlu qeyd edib.

 





05.06.2018    çap et  çap et