525.Az

Xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək


 

Xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək<b style="color:red"></b> Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
 
E. Abdullayev bildirib ki, nazir E. Məmmədyarovun həmsədrlərlə həmin gün keçirəcəyi növbəti görüşə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qatılacaq.
 
Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolu və prosesin hazırkı durumu müzakirə olunacaq.
 





12.07.2013    çap et  çap et