525.Az

“Son 5 ildə Aİ-nin Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”


 

“Son 5 ildə Aİ-nin Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”<b style="color:red"></b>

"Biznes forumlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını daha da genişləndirir". 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib. 

Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır. “Ötən il Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi 15 faiz artıb. Son 5 ildə Avropa İttifaqının Azərbaycana yatırdığı investisiyaların həcmi 15,3 milyard dollara çatıb. Son 9 ildə isə Aİ ölkələri ilə Azərbaycan arasında qoyulan investisiyaların həcmi 50,3 milyard dollar olub. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 42% təşkil edir,” – deyə nazir müavini qeyd edib. 

R. Məmmədov bildirib ki, Aİ neftə olan tələbatının 5%-ni Azərbaycandan alır: “Bu günlərdə açılışı olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə çatdırılmasına kömək edəcək”. 

R. Məmmədov Azərbaycanda yaradılan sənaye parkları və sənaye məhəllələrindən də geniş danışıb. O bildirib ki, ixracın diversifikasiyası Azərbaycan üçün olduqca önəmlidir. O, Avropa İttifaqı ölkələrini bu ixracın təşviqindən istifadə etməyə dəvət edib.

 





05.06.2018    çap et  çap et