525.Az

Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir


 

Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir<b style="color:red"></b>

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir. 

APA-nın yerli bürosunun xəbərinə görə, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar. 

Nazir yeraltı təkanlardan zərərçəkmiş digər ərazilərə də baxış keçirəcək. 

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. 

Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.

 





06.06.2018    çap et  çap et