525.Az

Ermənistan iqtisadi təcriddən çıxmaq üçün işğalçılıq siyasətinə son qoymalıdır


 

Ermənistan iqtisadi təcriddən çıxmaq üçün işğalçılıq siyasətinə son qoymalıdır <b style="color:red"></b>

Ermənistanda may ayında qiyam yolu ilə hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyan haqqında bu günə qədər ən çox təkrarlanan sual “Paşınyanın kimin, yaxud hansı ölkənin adamı” olması barədə idi.

Rəngli inqilabın müəllifinin son bir ay ərzində müxtəlif siyasi təşkilat və beynəlxalq institutların nümayəndələri ilə görüşləri zamanı açıqladığı fikirlər, yürütdüyü daxili və xarici siyasətin bəzi nüansları, aparılan kadr islahatları siyasi proseslərin qaranlıq məqamlarına işıq saçmağa başlayıb. Beləliklə, Nikolu idarə edən “gizli əlin” sahibini axtarmaqda baş sındırmağa ehtiyac qalmayıb, onun arxasında dayanan qüvvənin okeanın o tayındakı supermilyarder, rəngli inqilabların katalizatoru Corc Soros olmasını Ermənistanın özündə də inkar etmirlər. Erməni parlamentinin deputatı Ayk Babunyan inqilabın baş verməsində Sorosun canfəşanlıqla əliaçıqlıq etdiyini gizlətmir.

Amerikalı politoloq, iqtisadçı və müstəqil jurnalist Frederik Uilyam Enqdalın “ru.an” informasiya agentliyinə verdiyi şərhdə qeyd olunur ki, Ermənistanda hakimiyyət çevrilişində Corosun fəal rolunu danmaq olmaz. Enqal bildirir ki, “Açıq cəmiyyət" institunun və Amerika Helsinki qrupunun inqilabın baş verməsində töhfəsi və sponsorluğu öz bəhrəsini verdi.

Türkiyənin “Anadolu Aydınlar Ocağı”nın rəhbəri, professor İbrahim Öztəkin  “İhlas Xəbər Agentliyi”ndə dərc olunan məqaləsində Ermənistandakı siyasi mühitlə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir. Nikol Paşınyanın “ipinin kimin əlıində olduğu”na dair tutarlı arqumentlərlə çıxış edən müəllif bildirir ki, yeni baş nazir ABŞ-ın maliyyə qaynağı ilə, konkret olaraq Soros Fondunun yardımı ilə hakimiyyətə gəlib. İşğalçı ölkənin hökumət üzvlərini ABŞ-ın təlimatına uyğun Qərbyönümlü kadrlar əvəz edir. Onların hamısı vaxtilə Sorosun pulu ilə Amerikada treninqlər keçib, müxtəlif ictimai təşkilatlarda çalışıb. Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın “Transparency International” təşkilatında koordinator vəzifəsində çalışması, təhsil və elm naziri Araik Arutunyan Helsinki Vətəndaş Cəmiyyəti və “Transparency International”a bağlı olması, Ermənistanın NATO-dakı nümayəndəsi amerikapərəst David Tonoyanın (Tonoyan ABŞ-ın hərbi attaşesi, polkovnik Alça Qadınsana bağlıdır) Müdafiə Nazirliyinə rəhbərliyə gətirilməsi, ABŞ-da təhsil almış Babken Tər-Qriqoryanın Diaspora ilə iş üzrə nazir müavini təyin edilməsi, Dövlət Nəzarəti Xidmənin yeni rəhbəri David Sanasaryanın ABŞ-la sıx əlaqələri və Rusiya əleyhinə fəal çıxışlar etməsi hökumətin Sorosun güclü təzyiqi altında olduğunu təsdiqləyir. Hökumətdə yer alan digər kadrların əksəriyyəti də vaxtilə Soros Fondunun proqram koordinatorlıu vəzifəsində çalışmışlar.
Nikol Paşinyan ölkəsinin xarici siyasətini bundan sonra necə nizamlayacaq? Qonşu dövlətlərlə soyuq münasibətləri davam etdirəcək, yoxsa siyasi qətiyyət nümayiş etdirib kursu tamamilə dəyişəcək?

Professor İbrahim Öztək digər nüfuzlu media orqanında, “Xəbərlər” informasiya agentliyinə açıqlamalarında Paşinyan hökumətinin Qərb tərəfindən idarə olunmasına diqqət çəkir. Professor qeyd edir ki, regionda güc mərkəzlərindən birinə çevrilən Türkiyə dövləti əleyhinə sərsəm fikirlərin səsləndirilməsi (Türkiyə ilə sərhədlərin heç bir şərt olmadan açılması), “erməni soyqırımı” ilə bağlı iddiaların irəli sürülməsi Paşinyanın əvvəlki hökumət başçılarına xas köhnə təfəkkürün daşıyıcısı olmaqla yenilikçi, müasir siyasi baxışlara malik siyasətçi imicini alt-üst etdi. Onun yeni tamaşa qurmağa səyləri isə rəsmi Ankaranın adekvat cavabı ilə darmadağın olundu. Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun və digər hökumət üzvlərinin Ermənistanın işğala son qoymadığı, ərazi iddialarından əl çəkmədiyi halda Türkiyə ilə sərhədlərin açılmayacağı, münasibətlərin bərpa edilməyəcəyi bəyan olundu. Paşınyan sələfləri kimi qonşu dövlətlərlə açıq və mehriban əməkdaşlıqdan qorxduğu, yeni regional humanitar işbirliyinə, siyasi dialoqa hazır olmadığı, əksinə qonşularına qarşı ekstremist və işğalçı mövqeyini saxladığı halda Ermənistan regionundakı təcrid vəziyyətini uzadacaq. Paşinyan isə ABŞ-ın diktəsilə zavallı, ac xalqın və regional blokadada sıxılan dövlətin mənafeyini deyil, Qərbin maraqlarını ifadə etdiyini göstərmiş olur.

“Anadolu Aydınlar Ocağı”nın rəhbəri Amerikanın və bəzi Avropa dövlətlərinin Türkiyəyə qarşı olan xain planlarına Ermənistanın yeni hakimiyyətini də qoşacağını istisna etmir. Dünya terrorizmində ön sıralarda olan ermənilərin PKK ilə işbirliyi heç kimə sirr deyil. Amerika bu fürsəti qaçırmaycaq və erməni terrorçularının düşərgələrində PKK-nın təlimlərinin artmasına yardım edəcək, Paşınyan Qərbin xoşuna gəlmək üçün istənilən cinayətin iştirakçısı olmağa razılıq verəcək.

Professor İbrahim Öztək “Milliyət”, “Gündoğumu”, “Aktual” , “Ekoavrasiya” nəşrlərində dərc etdirdiyi analitik araşdırma yazılarında erməni dövlətinin və cəmiyyətinin çətin sınaq qarşısında qalmasına da geniş yer verib. Onun fikrincə, Nikol Paşinyan yanlış siyasət yürütdüyü halda Ermənistanın gələcəyini daha da çətinə salacaq, böhranı uzadacaq. Ermənistanın gələcəyi nə Rusiya, nə Amerika, nə də Avropanın əlindədir. Onun inkişafı, iqtisadiyyatının xilası, erməni xalqının rifahı Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdadır. Hər iki ölkəyə qarşı torpaq iddiaları, işğalçılıq hərəkətləri dayandırılarsa və xoş niyyətlə onlarla sıx regional əməkdaşlığa cəhd edilərsə Ermənistanın gələcəyi vardır. Paşınyan bunu cox ciddi şəkildə düşünməli, siyasi iradə nümayiş etdirməlidir. Əks halda onu və dövlətini yeni təhlükələr, qarışıqlıqlar gözləyir.

Rusiyalı siyasi analitik Vladimir Jarixinin “Moskovskiy Komsomoleç” qəzetində nəşr olunmuş siyasi şərhində qeyd edilir ki, gələcəkdə Türkiyə və Ermənistanın münasibətlərinin daha da pozulması gözləniləndir. Türkiyə, NATO üzvü və ABŞ ilə strateji tərəfdaş olsa da, son illərdə baş verən hadisələr tərəflər arasında münasibətləri soyuqlaşdırıb. Soros bundan istifadə edərək oyuncaq liderinin vasitəsilə Ermənistanın Türkiyəyə qarşı torpaq, təzminat və sözdə soyqırım iddialarını qızışdırmağa çalışacaq”.

Rusiyalı analitik qeyd edir ki, Amerika Ermənistan vasitəsilə öz imperialist layihələrini gerçəkləşdirməyə cəhd edəcək. Regionun lider ölkələri - Azərbaycan, Gürcüstan və Türkiyə arasında daha da güclənən əməkdaşlıq və trans-kontinental layihələrdən kənarda qalan Ermənistanı blokadadan çıxarmaq üçün müxtəlif  layihələr üzərində işləyəcək. ABŞ Böyük Yaxın Şərq və Amerika layihəsi ssenarisinə əsasən, Ermənistan üzərindən Qara dəniz və Xəzər hövzəsi, Orta Asiyada öz nüfuz və təzyiqlərini artırmağa çalışacaq. Yaxın gələcəkdə Ermənistana Aİ və ya NATO üzvlük təkliflərini vəd etməklə Rusiya və Türkiyənin əleyhinə çirkli oyunlara qoşmaq planları da istisna deyil. Ancaq onların həyata kecib-keçməyəcəyi sual altındadır.
Vladimir Jarixinin sözlərinə görə, son illərdə Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirən Rusiya Qərbin erməni planlarının gerçəkləşməsinə qarşı çıxacaq və regionda təhlükəsizliyin nizamlanmasında potensial imkanlarını daha da artıracaq. Kreml birmənalı şəkildə Ankaranın yanında olacaq və Qərbin Orta və Yaxın Şərq planlarına sədd səkməyə çalışacaq. Qarabağ münaqişəsinin tənzimlənməsində öz güclü təsir imkanlarını əlində saxlayan Rusiya Paşinyanın ərköyünlüyünü davam etdirəcəyi təqdirdə Dağlıq Qarabağın həqiqi sahibi olan Azərbaycanın antiterror əməliyyatları aparmasına yaşıl işıq açmaq məcburiyyətində qalacaq).

Türkiyənin Memar Sinan Universitetinin tarix kafedrasının müəllimi, professor İlyas Kamaloğlu da Ermənistanda siyasi mənzərəni analiz edərək belə bir fikir yürüdür ki, Nikol Paşinyan yaxşı siyasi lideri kimi deyil, sadəcə Ermənistanın müstəqilliyindən ötən 30 ilə yaxın müddətdə  iqtisadi problemlərin həll olunmaması, qonşuları ilə düşmənçiliyi səbəbindən iqtisadi blokadaya alınmmaası, Rusiyanın "bir əyaləti" kimi hərbi müstəqilliyini itirməsi, sosial vəziyyətin pisləşməsi səbəbindən cana doymuş xalqın etirazlarının fonunda hakimiyyətə oturub.

İ.Kamaloğlu “Karar” qəzetində dərc olunmuş məqaləsində qeyd edir ki iqtisadi böhrandan əziyyət çəkən xalqın gözləntilərini doğruldub-doğrultmayacağı haqqında söz demək isə çox çətindir. Hökumətin Qərb ilə inteqrasiya ümidləri nəticəsiz görünür. Çünki Qərbin və NATO-nun Gürcüstan, Moldova, Ukrayna modelləri ortadadır. Qərbin bu ölkələrin yeni hökumətlərinə hər cür dəstəyinə rəğmən həmin bölgələrdə konfliktlər həll olunmayıb, iqtisadi inkişaf təmin olunmayıb. Yeganə yol Paşinyanın region dövlətləri ilə münasibətləri yenidən nəzərdən keçirməsidir. Ölkədəki siyasi sabitliyi möhkəmləndirəcək əsas faktor iqtisadi inkişafdır, bu isə Türkiyə və Azərbaycan başda olmaqla qonşu dövlətlərlə iqtisadi əməkdaşlıqdan asılıdr. Dağlıq Qarabağ problemi həll olunmadan, ermənilərin işğal etdiyi torpaqlardan və əsassız soyqırım iddialarından əl çəkmədən isə bu ölkədə sabitlik və inkişaf mümkün deyil.

Ümumiyyətlə, Türkiyənin siyasi hakimiyyəti, siyasi müxalifəti və elitası, eləcə də ictimai düşüncəsində belə bir qənaət hakimdir ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında olacaq.

 





06.06.2018    çap et  çap et