525.Az

Havanın temperaturu 40 dərəcəyə yüksələcək


 

Havanın temperaturu 40 dərəcəyə yüksələcək<b style="color:red"></b>

 İyulun 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 





13.07.2013    çap et  çap et