525.Az

Gürcüstan hökumətinə qarşı ayaqqabı aksiyası


 

Gürcüstan hökumətinə qarşı ayaqqabı aksiyası <b style="color:red"></b> Tbilisidə, Gürcüstanın hökumət administrasiyasının binası qarşısında simvolik etiraz aksiyası keçirilib.
 
APA-nın yerli bürosunun məlumatına görə, "Məni öldürmə" etiraz aksiyasını dəstəkləyən gənclər binanın önünə 200-ə yaxın köhnə ayaqqabı düzüblər.
 
Aksiya təşkilatçıları ötən ilin dekabrında Tbilsinin Xorava küşəsində qətlə yetirilmiş yeniyetmələrin işi üzrə istintaqın şəffaf aparılması və iyunun 10-na qədər konkret addımların atılmasını tələb ediblər. Onlar bildiriblər ki, həmin vaxta qədər addım atılmasa, xalq hökuməti köhnə ayaqqabı kimi dəyişəcək.
 





06.06.2018    çap et  çap et