525.Az

Fransa XİN: "İran "qırmızı xətt"ə yaxınlaşır"


 

Fransa XİN: "İran "qırmızı xətt"ə yaxınlaşır"<b style="color:red"></b>

“İranın zənginləşdirilən uranın miqdarını artırmaq barədə bəyanatı "qırmızı xətt"ə yaxınlaşmaq kimi risklidir”.

APA-nın xəbərinə görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian “Europe 1” radiosuna açıqlamasında deyib. 

Nazir bildirib ki, İranın bu təşəbbüsü arzuolunmazdır: “Bu, sanki qıcıq yaratmaq məqsədilə edilir. "Qırmızı xət"də addımlamaq həmişə təhlükəlidir. Əgər belə davam etsə, bəli, razılaşma pozulacaq, amma İran bunu etsə, yeni sanksiyalara məruz qalacağını başa düşməlidir. Avropalılar sakit qalmayacaq”. 

Qeyd edək ki, İran ali dini lideri ayətullah Xamenei uranın zənginləşdirilməsini artırmaq üçün hazırlıq prosesinə başlamağı tapşırıb.

 





06.06.2018    çap et  çap et