525.Az

BDU-da "Açıq qapı" günü - Fotolar


 

BDU-da "Açıq qapı" günü - <b style="color:red">Fotolar </b>

Dünən Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, APA-Holdinq MMC-nin prezidenti Vüsalə Mahir qızı, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz imtahan sessiyasında "Açıq qapı" günü keçirilib.

Əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların keçirilmə prosesi ilə tanış olublar.
 
Məlum olub ki, BDU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 4-dən 30-dək keçiriləcək. Bir qayda olaraq yazılı formada aparılan imtahanlar zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə "Qaynar xətt" yaradılıb, universitetin bütün tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

Auditoriyalarda müşahidə aparan "Açıq qapı" günü iştirakçıları imtahan prosesini eyni zamanda, universitetin Tədris Departamentindən də izləyiblər. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov müşahidəçilərlə görüşüb. İmtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsi, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsi, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi yüksək qiymətləndirilib, həmçinin, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə edilib.

Görüşdə müşahidəçiləri maraqlandıran suallara cavab verilib və irəli sürdükləri təkliflər müzakirə olunub.

S.QARAYEVA

 





07.06.2018    çap et  çap et