525.Az

Lavrov Ermənistan XİN rəhbəri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcək


 

Lavrov Ermənistan XİN rəhbəri ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcək <b style="color:red"></b>

Bu gün Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada Ermənistanın yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in nümayəndəsi bildirib. 

Məlumata görə, görüş zamanı Dağlıq Qarabağ məsələsi və ikitərəfli əlaqələr müzakirə ediləcək. 

Bu, Ermənistanda hökumət dəyişikliyi baş verdikdən sonra XİN rəhbərinin Rusiyaya ilk səfəridir.

 





07.06.2018    çap et  çap et