525.Az

Nəzakət Teymurova Yaşıl Teatrda konsert verəcək


 

Nəzakət Teymurova Yaşıl Teatrda konsert verəcək<b style="color:red"></b>

Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək. 

APA-nın xəbərinə görə, konsert iyunun 20-də Yaşıl Teatrda baş tutacaq. N.Teymurova musiqi gecəsinə xüsusi repertuar hazırladığını bildirib:

“Həmin gün repertuarımda heç zaman ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarından olan mahnılardır. Aşıq mahnıları da ifa edəcəyəm.  

Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm. Bu vaxta kimi muğam konsertlərim, Kamera Orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Retro mahnılarını yeni tərzdə təqdim edəcəyik”.

 





07.06.2018    çap et  çap et