525.Az

Milli Məclisin binasında yanğın təhlükəsi yaranıb


 

Milli Məclisin binasında yanğın təhlükəsi yaranıb<b style="color:red"></b>

Milli Məclisin (MM) binasında yanğın təhlükəsi yaranıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə MM-in həyətindəki yardımçı tikilidə qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Əraziyə heç kim buraxılmayıb, çəkilişə icazə verilməyib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən APA-ya bildirilib ki, MM-in yardımçı tikilisində qısaqapanma olub. Hər hansı təhlükə yaranmaması üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.
 
Qısaqapanma yanğına çevrilmədən qarşısı alınıb.

 





15.07.2013    çap et  çap et