525.Az

Türkiyədə fövqəladə vəziyyət rejimi seçkilərdən sonra ləğv edilə bilər


 

Türkiyədə fövqəladə vəziyyət rejimi seçkilərdən sonra ləğv edilə bilər<b style="color:red"></b>

Türkiyədə fövqəladə vəziyyət rejimi iyunun 24-də keçiriləcək prezident və parlament seçkilərindən sonra ləğv edilə bilər. 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.   

“Seçkilərdən sonra fövqəladə vəziyyət rejiminin ləğvi məsələsi nəzərdən keçirilə bilər”, - deyə prezident bildirib. 

Qeyd edək ki, üçaylıq fövqəladə vəziyyət rejimi Türkiyədə çevriliş cəhdindən sonra (2016-cı ilin iyulunda) tətbiq edilib.

O vaxtdan fövqəladə vəziyyət rejiminin müddəti hökumətin qərarı ilə 7 dəfə uzadılıb. Sonuncu dəfə aprelin 18-dək uzadılıb.

 





08.06.2018    çap et  çap et