525.Az

Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir


 

Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir. İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib. 

“Sualınızın ikinci hissəsinə cavab “bəli”dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər”, - deyə Tramp cavabında bildirib.     

O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.  

Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.

 





08.06.2018    çap et  çap et