525.Az

Pompeo: "Şimali Koreya nüvəsizləşdirməyə hazır olduğunu bizə təsdiqləyib"


 

Pompeo: "Şimali Koreya nüvəsizləşdirməyə hazır olduğunu bizə təsdiqləyib"<b style="color:red"></b>

“Şimali Koreya ABŞ tərəfinə Koreya yarımadasının nüvəsizləşdirmə prosesinə hazır olduğunu təsdiqləyib”. 

APA-nın “Voice of America” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib. 

O qeyd edib ki, Vaşinqton və Pxenyan planlaşdırılmış danışıqlara çox ciddi yanaşır. 

Onun sözlərinə görə, Koreya yarımadasının nüvəsizləşdirilməsi iyunun 12-də Sinqapurda baş tutacaq Tramp-Kim Çen In sammitinin nəticəsi ola bilər.   

O, həmçinin qeyd edib ki, əgər diplomatik proses yolunda getməsə, Şimali Koreya ilə münasibətdə sanksiyalar daha sərtləşəcək. 

O əlavə edib ki, nüvəsizləşdirmə Şimali Koreya qarşısında yeni imkanlar yaradacaq.

 





08.06.2018    çap et  çap et