525.Az

"Azərbaycana gətirilən malların çoxu plastik qablarda olur"


 

"Azərbaycana gətirilən malların çoxu plastik qablarda olur"<b style="color:red"></b>

“Plastik qablaşdırma materialları qlobal problemdir. Beynəlxalq səviyyədə bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək, yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır”. 

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. O qeyd edib  ki, həmin qablardakı kimyəvi maddələr məhsulun tərkibinə keçir: “Biz özümüz bilərəkdən bu qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir. Azərbaycana gətirilən malların çoxu plastik qablardadır. Bir sıra ölkələr bu problemin həlli üçün vacib işlər görüb”.
 
Nazirlik rəsmisi qeyd edilib  ki, Azərbaycanda plastik qabların geri alınması təcrübəsinin olmaması ciddi problemlər yaradır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq. Yenidən toplanma təkrar istehsal üçün nəzərdə tutulmur. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub”.

 





08.06.2018    çap et  çap et