525.Az

Görkəmli xanəndə Qulu Əsgərov anılacaq


 

Görkəmli xanəndə Qulu Əsgərov anılacaq<b style="color:red"></b>

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, "Unudulmayanlar" layihəsi çərçivəsində reallaşacaq tədbirdə Əməkdar artistlər Zakir Əliyev və Ehtiram Hüseynov, ifaçılar Mirələm Mirələmov, Almaxanım Əhmədli, Rəvan Əlvanoğlu, Vüsal İsrafilov çıxış edəcəklər.
 
Musiqiçiləri Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.

Gecənin aparıcıları Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi çərçivəsində Qara Qarayevin 100 illiyinə, Xalq artistləri Həqiqət Rzayevanın və Şövkət Ələkbərovanın yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilib.

 





08.06.2018    çap et  çap et