525.Az

Daha bir mahnımız oğurlandı- Video


 

Daha bir mahnımız oğurlandı- <b style="color:red">Video</b>

“Artıq bu məsələ ilə ciddi məşğul olmaq zamanı çatıb”

Tanınmış bəstəkarımız  Gövhər Həsənzadənin  bəstəsi olan, Elnarənin repertuarında səslənən  məşhur  “Pəncərəndə” mahnısını bu dəfə  Dağıstanın gənc müğənnisi  Samira ifa edib. Müğənni mahnını rus dilində, “Polovinki” adı altında oxuyub.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən  xanım Həsənzadə mahnısının oğurlanması barədə fikirlərini belə şərh edib: “Bu ilk deyil. Bundan öncə də tacik müğənnisi mənim “Bir gecəlik” mahnımı anonim kimi oxumuşdu. Çox təssüf edirəm ki, əksər hallarda ifa olunan mahnıların çoxu anonim kimi təqdim olunur. Bu təkcə mənim deyil, bir çox bəstəkarların ağrılı yeridir. Müəllif hüququnun kobud  şəkildə pozulmasıdır. Təbii ki, hər bəstəkar  istər ki, onun mahnısı vətənindən uzaqlarda da səslənsin. Mən də həmçinin sevinirəm ki, mahnımı digər xalqın nümayəndələri də bəyənir. Müəllif hüquqları pozulmadan istənilən ölkənin müğənnisi mahnımı oxuya bilər. Yəqin ki, artıq bu məsələ ilə ciddi məşğul olmaq zamanı çatıb”.



 





15.07.2013    çap et  çap et