525.Az

Tramp Sinqapura Kim Çen Inla danışıqlara yola düşdü


 

<b style="color:red">Tramp Sinqapura Kim Çen Inla danışıqlara yola düşdü</b>

ABŞ prezidenti Donald Tramp bu gün Kanadadan Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Sinqapura yola düşüb.   

Məlumata görə, ABŞ prezidentinin təyyarəsinin iyunun 10-da saat 20.35-də (Bakı vaxtı ilə 16.35-də)  Sinqapura eniş edəcəyi gözlənilir.   

Görüş iyunun 12-nə planlaşdırılıb. 

Donald Tramp Kanadada keçirilən “G-7” sammitində iştirak etmişdi. 

 





09.06.2018    çap et  çap et