525.Az

Tramp Kim Çen Inla sammitin əvvəlində təkbətək görüşmək niyyətindədir


 

Tramp Kim Çen Inla sammitin əvvəlində təkbətək görüşmək niyyətindədir<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sammitin əvvəlində qısa təkbətək görüş keçirmək niyyətindədir.

APA-nın xəbərinə  görə, bu barədə “Blumberq” Trampın ətrafındakı mənbəyə istinadən məlumat yayıb. 

D.Tramp bundan əvvəl KXDR liderinin nüvəsizləşdirilmə ilə bağlı ciddi niyyətinin olub-olmamasını görüşün ilk dəqiqəsində müəyyən edəcəyini bildirmişdi.  

Qeyd edək Donald Tramp-Kim Çen In görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.

 





10.06.2018    çap et  çap et