525.Az

Yazıçı Müşfiq Cabiroğlu vəfat etdi


 

Yazıçı Müşfiq Cabiroğlu vəfat etdi<b style="color:red"></b>

Yazıçı Müşfiq Cabiroğlu vəfat edib.

APA-nın məlumatına görə, M. Cabiroğlu dünən ürək tutmasından vəfat edib.

Qeyd edək ki, M. Cabiroğlu Azərbaycanın Xalq şairi Cabir Novruzun oğludur. M. Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yazıçı Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

 





11.06.2018    çap et  çap et