525.Az

Merkel Rusiyanın G-7-yə qayıtması şərtini açıqladı


 

Merkel Rusiyanın G-7-yə qayıtması şərtini açıqladı <b style="color:red"></b>

Dünyada böhranların nizamlanması üçün Qərbin Rusiyaya ehtiyacı var, lakin Rusiyanın G-8 formatına qayıtması Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır. 

APA-nın məlumatına görə, bunu ARD telekanalına müsahibəsində Almaniyanın kansleri Angela Merkel bəyan edib. 

“Mən Rusiyanın qayıdışını təsəvvür edə bilərəm. Lakin əvvəlcə Minsk razılaşmasının yerinə yetirilməsində irəliləyiş baş verməlidir”, deyə A.Merkel qeyd edib.

O həmçinin İtaliyanın Rusiyaya qarşı tətbiq edilən sanksiya rejiminə sadiq qalacağına ümid edib: “Düşünürəm ki, İtaliya bizimlə razıdır və G-7 sammitində səslənən fikirlərə uyğun hərəkət etmək niyyətindədir”. 

Bugünlərdə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə”  qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir. İtaliyanın baş naziri Cuzeppe Rossi isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yenidən nəzərdən keçirilməsinə çalışacağını bildirib.

 





11.06.2018    çap et  çap et