525.Az

Tramp və Kim Çen Indan nüvəsizləşdirilmə razılığı


 

Tramp və Kim Çen Indan nüvəsizləşdirilmə razılığı <b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikası və ABŞ Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair razılığa gəlib. 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Tramp və Kim Çen In arasında görüşün yekunlarına dair imzalanmış sənədə əsasən KXDR Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə dair qətiyyətli və davamlı öhdəlik götürüb. 

Tramp da bunun qarşılığında KXDR-in təhlükəsizliyinin təminatına dair söz verib. 

Kim və Tramp 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölmüş amerikalı hərbiçilərin qalıqlarının axtarılması barədə  razılığa gəliblər. 

Sammit çərçivəsində imzalanmış yekun sənəddə o da qeyd edilib ki, ABŞ və KXDR sülh və yeni əməkdaşlığa hazırdır.

 





12.06.2018    çap et  çap et