525.Az

35 mindən çox işsiz münasib işlərlə təmin edilib


 

35 mindən çox işsiz münasib işlərlə təmin edilib<b style="color:red"></b>

Yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olmaqla, 35342 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, aztəminatlı ailələrin kiçik biznesini qurmaqla yoxsulluqdan çıxışına imkan verən və əmək bazarında təsirli rol oynayan özünüməşğulluq proqramının 2018-ci ildə əhatə edəcəyi ailələrin sayının artırılaraq 7 min nəfərə çatdırılması nəzərdə tutulur. Onlardan artıq 2500-dən çoxu kiçik biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb ediliblər və bu proses hazırda da davam etdirilir. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət qiymətləndirilən şəxslər özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar.

Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 326 nəfər idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün, son 5 ayda Xidmət tərəfindən 1317 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub.

Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1162 nəfərin belə işlərlə təminatını həyata keçirib.

CEYHUN

 





12.06.2018    çap et  çap et