525.Az

Gürcüstanda leysan ciddi problemlər yaratdı


 

Gürcüstanda leysan ciddi problemlər yaratdı<b style="color:red"></b>

Gürcüstanda son günlər hökm sürən qeyri-sabit hava şəraiti paytaxt Tbilisi ilə yanaşı, digər şəhər və bölgələrdə də problemlər yaradıb. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iyunun 11-də axşam saatlarından yağan güclü yağış Tbilisinin əksər küçələrini avtomobillər üçün keçilməz edib. 

Rustavi şəhərində də leysan ciddi fəsadlar törədib. Şəhərin mərkəzi küçə və prospektlərini su basıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb.  

Güclü yağışın yaratdığı sel Qurcaani rayonunun bir sıra kəndlərində yolların dağılmasına səbəb olub.  

Fövqəladə halların idarə olunması Xidməti leysanın yaratdığı problemlərin aradan qaldırılması üzrə tədbirləri davam etdirir. Ətraf Mühit üzrə Milli Agentliyinin proqnozuna əsasən, hava sabahdan etibarən aydınlaşacaq.

 





12.06.2018    çap et  çap et