525.Az

Türkiyə səfirindən Gürcüstanın TANAP-ın açılışında təmsil olunmamasına münasibət


 

Türkiyə səfirindən Gürcüstanın TANAP-ın açılışında təmsil olunmamasına münasibət <b style="color:red"></b>

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Gürcüstanın TANAP layihəsinin açılışında təmsil olunmamasına münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, diplomat Gürcüstan nümayəndə heyətinin mərasimdə iştirak etməməsinin səbəbini bilmədiyini deyib.

F. Ceren Yazqan açılış mərasimində Gürcüstanı bu ölkənin Türkiyədəki səfiri İrakli Koplatadzenin təmsil edəcəyini söyləyib: “Bu, son dəqiqə verilən qərar oldu. TANAP layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman Gürcüstandan olan dostlarımızı Türkiyədə görmək istəyirik. Lakin onlar Türkiyədə olmasalar belə, biz onları yanımızda hiss edirik”.

Qeyd edək ki, bu gün Əskişəhərdə TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Tədbirdə  Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. R. T. Ərdoğan Gürcüstan prezidenti Giorgi Marqvelaşvilini iyunun 1-də mərasimdə iştiraka dəvət etmişdi.

 





12.06.2018    çap et  çap et