525.Az

Tramp Şimali Koreyaya, Kim Çen In isə ABŞ-a səfər etməyə razılıq verdi


 

Tramp Şimali Koreyaya, Kim Çen In isə ABŞ-a səfər etməyə razılıq verdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etmək dəvətini qəbul edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Kim Çen In, öz növbəsində, D.Trampın Vaşinqtona səfər dəvətini qəbul edib. 

“İki ölkə lideri məmnuniyyətlə bir-birinin dəvətini qəbul edib. Onlar qarşılıqlı səfərlərin KXDR-ABŞ münasibətlərinin normallaşdırılmasında mühüm hadisə olacağına əminliklərini ifadə ediblər”, - deyə, Şimali Koreyanın dövlət xəbər agentliyinin məlumatında bildirilir.

 





13.06.2018    çap et  çap et