525.Az

Yolumuz uğurludur


 

ŞABRANDA YOL İNFRASTRUKTURU UĞURLA YENİLƏNİR

Yolumuz uğurludur<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 dekabr 2017-ci ildə 1748 saylı Fərmanı ilə "Azəravtoyol" ASC-nin əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradıldı. Bu, dövlətin avtomobil yolları infirastrukturuna göstərdiyi böyük diqqətin təcəssümü idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şabran 3 Saylı Yol İstismarı Məhdud Məsuliyyetli Cəmiyyəti 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyət Şabran rayonu ərazisindəki 165 km yerli əhəmiyyətli və 41 km Respublika əhəmiyyətli avtomobil yollarinin saxlanması və təmiri işləri ilə məşğuldur. Rayon ərazisindəki yerli əhəmiyyətli yollar keçən əsrin 60-cı illərində istifadəyə verildiyi üçün istismar müddətini başa vurmuşdur. Elə buna görə də yollarda vaxtaşırı olaraq cari təmir işləri aparılır. Yol çiyinlərinin və yolun hərəkət hissəsinin çınqıl örtüyü avtoqreyderlərlə hamarlanır.

İdarənin rəisi Rafiq Kərimov bizimlə söhbətində bildirdi ki, respublikamızda yol infrastrukturuna böyük qayğı və diqqət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Regionların 2009-2013 və 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı hazırlanıb və bu proqramların icrası ilə əlaqədar avtomobil yollarının yenidən qurulması, reabilitasiyası, əsaslı təmiri və asfaltlaşdırılması prosesi böyük vüsət alıb. Şabran 3 saylı Yol İstismarı MMC tərəfindən rayonda bütün yerli əhəmiyyətli yolların bu proqram çərçivəsində yerinə yetiriləcək işlərə aid edilməsi təklifləri hazırlanaraq aidiyyəti orqanlara təqdim olunub. Bunun nəticəsidir ki, Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Bu yoldan 11 yaşayış məntəqəsinin beş mindən çox əhalisi istifadə edir. Hazırda Şabran-Sarvan-Çayqaraqaşlı-Hacıqaraqaşlı, Şabran-Udulu, Şabran-Baş Əmirxanlı avtomobil yollarında əsaslı təmir işləri başa çatmaq üzrədir.

Şabran-Udulu, Şabran-Sarvan-Çayqaraqaşlı, Şabran-Baş Əmirxanlı-Qazıbabalı avtomobil yollarının əsaslı təmirində işlər daha sürətlə irəliləməyə başlayıb. Belə ki, yollarda əsasən alt qatının tikilməsi başa çatıb. Şabran-Baş Əmirxanlı- Qazıbabalı yolunun genişləndirilməsi ilə əlaqədar torpaq işləri böyük sürətlə aparılır.

Qeyd etdiyimiz kimi, dövlət proqramına təklif edilmiş Şabran avtomobil yollarının qurulması və əsaslı təmir işi artıq reallaşmağa başlayıb. Bu işlərdə 3 saylı Yol istismarı MMC-nin bütün kollektivinin böyük əməyi vardır. Kollektivin iki üzvü rəhbərlik tərəfindən fəxri fərmanla təltif edilib.

Qarşıda Dövlət proqramlarından irəli gələn böyük işlər durur. Rayonun inkişafında əsaslı rol oynayan yollarımızın yenidən qurulmasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı yol istismar MMC böyük ruh yüksəkliyi ilə davam etdirir. Ulu öndər Heydər Əliyevin bu müdrik fikri fəaliyyət devizinə çevrilib: Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.

Çingiz MƏMMƏDLİ
"Şabran" qəzetinin baş redaktoru

 





13.06.2018    çap et  çap et