525.Az

Uşaq bağçaları ilə bağlı məsələ parlamentin gündəmində


 

Uşaq bağçaları ilə bağlı məsələ parlamentin gündəmində<b style="color:red"></b>

Millət vəkili Fazil Mustafa uşağ bağçalarındakı vəziyyəti yenidən parlamentin gündəminə gətirib.

Millət vəkili bildirib ki, uşaq bağçalarında kadr məsələsi, onların hazırlıq səviyyəsi ciddi nəzarətdə saxlanılmalıdır:

"Dünəndən (sragündən-red) bu yana özəl uşaq bağçalarından birində baş vermiş biabırçılıq müzakirə olunmaqda, narahatlıq bildirilməkdədir. Amma hələ də rəsmi reaksiya yoxdur. Bəlkə bu hadisə heç bizdə baş verməyib, bəlkə təxribatdır, niyə buna rəsmi şəkildə cavab verən yoxdur? Bu hadisə İsraildə və ya digər ölkədə baş versəydi, yer yerindən oynayardı...

Ona görə hesab edirəm ki, uşaq bağçalarında işçilərin işə götürülməsi məsələsi ciddi nəzarətdə saxlanılmalıdır. Öz övladına normal tərbiyə verə bilməyən birisinin uşaq bağçasında nə işi var? Bu gün təəssüflər olsun ki, normal ailə düzəni olmayan adamlar bəzən bağça müdirləri təyin olunur. Bu, yolverilməzdir. Hətta xarici ölkələrdən birində uşaq bağçasında işçilərin kişilərdən ibarət olması barədə qərar verilib. Bildirilib ki, məhz kişilər uşaq bağçalarında işləyə və normal təlim-tərbiyə verə bilər...Yəni demək istəyirəm ki, bizdə də bu məsələyə dırnaqarası baxmağa son qoyulmalıdır".

F. Mustafaya cavabında isə spiker Oqtay Əsədov deyib ki, Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir.

Spiker həmçinin qeyd edib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən, ali məktəblərdə fakültələr var: "Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir".

Kamil HƏMZƏOĞLU

 





13.06.2018    çap et  çap et