Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.
APA-nın məlumatına görə, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.
1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır.
O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb.
İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.