525.Az

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlandı


 

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlandı <b style="color:red"></b>

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze baş nazir vəzifəsinə namizəd olub. 

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın parlament çoxluğunun bugünkü görüşündə qərar qəbul olunub. 

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən gün istefa verib. 

M. Baxtadze 2017-ci ilin noyabrın 13-dən maliyyə naziridir. O, 2013-2017-ci illərdə “Gürcüstan dəmir yolları” SC-nin direktoru olub.

 





15.06.2018    çap et  çap et