525.Az

Vaşinqtondan Ər-Riyada “S-400” tövsiyəsi


 

Vaşinqtondan Ər-Riyada “S-400” tövsiyəsi <b style="color:red"></b>

Səudiyyə Ərəbistanı və ABŞ-ın digər müttəfiqləri Moskvaya tətbiq olunmuş sanksiyaları pozmamaq üçün Rusiyaya məxsus “S-400” raket qurğularını və digər hərbi avadanlıqları  almamalıdır.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Konqresdə dinləmələr zamanı ABŞ dövlət katibinin köməkçisi postuna namizəd Devid Şenker  bildirib.      

“Mən Səudiyyə Ərəbistanını bunu etməməyə çağırıram”, -  deyə D.Şenker  bildirib 

Qeyd edək ki,  Rusiya istehsalı olan “S-400” zenit-raket qurğularının Səudiyyə Ərəbistanı tərəfindən alınmasına dair saziş 2017-ci ildə əldə olunub. 

 





15.06.2018    çap et  çap et