525.Az

Gürcüstanda polis rəisi qətlə yetirildi


 

Gürcüstanda polis rəisi qətlə yetirildi <b style="color:red"></b>

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir. 

O, soyuq silahla öldürülüb. 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. 

Qətli törədən şəxs artıq saxlanılıb.

 





15.06.2018    çap et  çap et