525.Az

Tramp Krımı Rusiya ərazisi adlandırdı


 

Tramp Krımı Rusiya ərazisi adlandırdı <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib. 

APA-nın məlumatına görə, bu barədə Amerikanın "Buzzfeed" portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb. 

"Prezident Tramp G7 liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır", - deyə məlumatda vurğulanır. 

Portalın məlumatına görə, ABŞ prezidenti bu bəyanatı ötən həftənin cümə günü sammit çərçivəsində verilən axşam yeməyində səsləndirib. 

Bundan başqa, D. Trampın Ukrayna rəhbərliyini tənqid etdiyi də bildirilir. Diplomatik mənbələrdən biri deyib ki, ABŞ prezidenti Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb. 

Sammitin gedişində Tramp sələfi Barak Obamanı Krımın Rusiyaya birləşdirilməsinə mane olmadığına görə tənqid edib. "Obama nə istəyir, danışa bilər, lakin o, Rusiyanın Krımı özünə birləşdirməsinə imkan verib", - deyə Tramp bildirib. 

Qeyd edək ki, Tramp sammitdə Rusiyanın G7-yə qayıtmasını təklif edib, lakin digər liderlər bu təklifi dəstəkləməyib.  

"Buzzfeed" portalı yazır ki, Ağ evdən Trampın Krım bəyanatı barədə informasiyaya hələlik münasibət bildirilməyib.

 





15.06.2018    çap et  çap et