525.Az

Dünyanın ən varlı klubu "Real Madrid"dir


 

Dünyanın ən varlı klubu "Real Madrid"dir<b style="color:red"></b>

"Forbes" jurnalı dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda klubun mətbuatla əlaqəsi, bilet satışı, atributlar və digər parametrlər əsas götürülüb.

Siyahıya yenə Madrid "Real"ı başçılıq edir. "Kral klubu" 3,3 milyard dollarla reytinqdə bütün komandaları qabaqlayıb. "Mançester Yunayted" klubu 3,165 dollarla ikinci, "Barselona" isə 2,6 dollarla üçüncü olub. 
 
Ümumilikdə siyahıda olan 50 yerdən 7-sini Avropa klubları, 30-nu isə Amerika futbol komandaları tutur. Qalan 7 yerdə beysbol klubları, üçündə basketbol komandaları, ikisində "Formula1" və cəmi birində isə "Toronto Meypl Lifs" xokkey klubu qərarlaşıb.

Qeyd edək ki, "Forbes" jurnalı 1998-ci ildən dünyanın ən varlı klublarının reytinq siyahısını tərtib edir

 





16.07.2013    çap et  çap et