525.Az

ADMİU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir


 

ADMİU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə universitetin prorektoru, professor Validə Məmmədova bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan çox ağır vəziyyətlə üzləşərdi: “1993-cü ilin qanlı iyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindən “vəcdə gələnlər” respublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərc-mərclik baş alıb gedirdi. Ulu öndər öz uzaqgörənliyi və siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi və həmin ildən başlayaraq respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev böyük uğurla davam etdirir”.

Milli Məclisin deputatı, professor Jalə Əliyeva 2018-ci ili Azərbaycan tarixində şanlı yubileylər ili kimi xarakterizə edərək, 2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin ulu öndərin, həm akademik Zərifə Əliyevanın 95 illik yubileyləri, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, həm də 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyi olduğunu bildirib.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açıb. Bildirib ki, əgər ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ümummilli liderin qayıdışı Azərbaycanı həm daxili, həm də xarici bədxah qüvvələrdən qorudu. ADMİU-nun Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin Babayev də çıxış edərək, ulu öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açıb, 1993-cü ildə Heydər Əliyev öz xalqının ən çətin məqamında onun səsinə səs verib, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin etdiyini bildiriblər.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

S.QARAYEVA

 





17.06.2018    çap et  çap et