525.Az

Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq


 

Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq<b style="color:red"></b>

İyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərində yerləşən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) yeni binasını ziyarət edib.

Fonddan verilən məlumata görə, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun əsas prioritet məqsədlərindən danışıb, son illərdə Türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə həyata keçirdikləri tədbirlər, layihələr və proqramlardan söz açıb.

Mərkəzin baş direktoru Halit Eren isə fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin önəmini vurğulayıb, dəstək göstərməyə hər zaman hazır olduqlarını bildirib.

Görüşdə mərkəzlə fond arasında keçən il imzalanan Anlaşma Memorandumu əsasında əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi üçün yaxın gələcəkdə yeni layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Cari ildə Dağlıq Qarabağ ərazisində dağıdılan və məhv olma təhlükəsi ilə üzləşən maddi irsin qorunması mövzusunda konfransın təşkil olunması qərara alınıb.

Sonda, qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən, birgə həyata keçiriləcək digər proqramlar barədə danışıqlar aparılıb.

C.ABASOV

 





17.06.2018    çap et  çap et