525.Az

“Əl-Qaidə”nin liderlərindən biri saxlanıldı


 

“Əl-Qaidə”nin liderlərindən biri saxlanıldı <b style="color:red"></b>

Liviya ordusu “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Səfyan bin Kamunu saxlayıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Liviya ordusunun rəsmi saytında bildirilir. 

Əbu Səfyan və silahdaşı Məhəmməd İdris  Əl-Mənsuri ordunun Derna şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. 

“Əl-Ərəbiyyə”nin xəbərinə görə, 59 yaşlı  Əbu Səfyan bin Kamu “Əl-Qaidə”nin ən nüfuzlu liderlərindən biri hesab edilib.

 





18.06.2018    çap et  çap et