525.Az

"Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur"


 

"Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur"<b style="color:red"></b>

Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. 

Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır. 

Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb.

Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.

 





18.06.2018    çap et  çap et