525.Az

Bu il ictimai iaşə xidmətlərinin dövriyyəsi 5% artıb


 

Bu il ictimai iaşə xidmətlərinin dövriyyəsi 5% artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 511,2 mln. manat olub. 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. 

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,3% artaraq 204,6 mln. manat olub.

 





18.06.2018    çap et  çap et