525.Az

Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzatdı


 

Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzatdı<b style="color:red"></b>

Avropa İttifaqı Şurası Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Brüsselin sanksiyaları Aİ vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən, neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir.

Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır. 

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

 





18.06.2018    çap et  çap et