525.Az

İsveçdə silahlı insident nəticəsində ölənlərin sayı artıb - Yenilənib


 

İsveçdə silahlı insident nəticəsində ölənlərin sayı artıb - <b style="color:red">Yenilənib</b>

İsveçin Malmö şəhərində silahlı insident nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin məlumatında deyilir.

“Yaralılardan daha biri, 29 yaşlı kişi xəstəxanada dünyasını dəyişib”, məlumatda deyilir. 

Qeyd edək ki, ötən axşam İsveçin Malmö şəhərində atışma olub. Nəticədə 5 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəblərini açıqlamayan polis hadisənin terrorla əlaqəli olmadığını bildirib. 

*** 02:46 

İsveçin Malmö şəhərində baş verən atışma nəticəsində yaralananlardan biri ölüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisinin məlumatında deyilir. 

“Yaralılardan biri, 18 yaşlı gənc xəstəxanada keçinib”, məlumatda deyilir. 

Hazırda polis hadisənin səbəblərini, ölən və yaralıların şəxsiyyətini müəyyənləşdirir. İnsidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur. 

İsveçin “Sydsvenskan” qəzeti xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Naməlum silahlı şəxslər insanlara hərəkət edən avtomobildən atəş açıblar. Məlumata əsasən, yaralılardan üçü kriminal aləmdə tanınan şəxslərdir. 

*** 00:26 

İsveçin Malmö şəhərində atışma olub. 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. 

İsveç polisi hadisənin terrorla əlaqəli olmadığını bildirib. 

Faktla bağlı araşdırma davam etdirilir.

 





19.06.2018    çap et  çap et